Qaradağ rayon Lökbatan bələdiyyəsi qəsəbədə həyata keçridiyi “Abad məhəllə” layihəsinə yekun vurub.
Belediyye.infoya daxil olan məlumata görə, sakinlərin müraciətini nəzərə alan Lökbatan bələdiyyəsi ötən ilin oktyabr ayından etibarən qəsəbənin Bilal Niftəliyev küçəsindəki 17, 27 və 29 saylı 5 mərtəbəli yaşayış binalarının qarsının abadlaşdırılması və məhəllədaxili yolların asfaltlaşdırılması işlərinə başlamışdır.
ərazi ilk olaraq sahibsiz atılmış tullantılardan və tikitni materiallardından və qanunsuz tikililərdən təmizlənmişdir.
Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, ərazidə səkilərin salınması üçün yerlər müəyyən edilmişdir.
Bununla yanaşı maşın və mexanizmlərin köməyi ilə əraziyə çınqıl tökülərək qrederlə hamarlanmış, səkilər salnımış məhəllədaxili yollar asfalt salınmış, əraziya çoxsaylı ağaclar və gül kolları əkilmişdir.
Bununla yanaşı ərazidə uşaqların asudə vaxtının səmərəli təşkili üçün idman qurguları da quraşdırlımışdır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|